Hərbi Prokurorluqda yeni təyinatlar

Oktyabr 16
13:18
2025
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda yeni təyinatlar olub.
Qlobal.az xəbər verir ki, hərbi prokuror, ədliyyə general-mayoru Bəhruz Əhmədov əmri ilə ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.
Bundan başqa, Şəmkir hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru vəzifəsinə təyin edilib.
İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Elxan Salamzadə isə Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.
Respublika Hərbi Prokurorluğundan məlumatı təsdiq ediblər.