"Həvva əfsanəsi"nin qaranlıq tərəfi: Dünyanın ilk klon körpəsinə nə oldu?
Fevral 18
14:43
2026
2002-ci ilin son günlərində bütün dünya sensasion bir xəbər ilə sarsılmışdı: İnsanlıq "tanrı roluna” başlamış və tarixdəki ilk klon insan körpəsi dünyaya gəlmişdi.
Qaynarinfo xəbər verir ki, Eve (Havva) adlanan bu gizli körpənin, anasının genetik eyni olduğu və tibb dünyasında yeni bir dövr açdığı elan edilmişdi. Lakin bu sansasion xəbər arxasında laboratoriya önlüyü geyinmiş alimlər yox, uzaq varlıqlara inanan bir tarikatın kölgəsi dayanmışdı.
Bu böyük texnoloji təşəbbüsün maliyyələşdiricisi, "Rael” adı ilə tanınan keçmiş yarış pilotu və pop ulduzu Klaude Vorilhon idi. O, qurduğu "Raelian" hərəkatında inanırdı ki, insanlıq "Elohim” adlı yadplanetlilər tərəfindən laboratoriyada yaradılıb. Onlara görə klonlama, zehnin yeni bir bədənə köçürülməsini təmin edən müqəddəs bir yolun ilk addımıdır.
Heç bir elmi təcrübəsi olmayan "Clonaid" şirkətinin əslində bu tarikatın bir uzantısı olduğu üzə çıxmış və layihənin ciddiyyəti sual altına düşmüşdü. Müstəqil testlər vəd olunmasına baxmayaraq, heç bir elm insanına genetik nümunə göndərilməmişdi.
Təxminən 25 il keçməsinə baxmayaraq, nə Eve, nə də iddia edilən digər klon körpələr ortaya çıxmayıb. Alimlərin yekdil fikri belədir: Eve böyük ehtimalla heç vaxt mövcud olmayıb. Lakin bu böyük saxtakarlıq, həqiqi tibb dünyasına geri dönülməsi çətin ziyan vurub. Yaradılan qorxu dalğası bir çox ölkəni sürətlə sərt qanunlar qəbul etməyə məcbur edib. Kök hüceyrə tədqiqatları və tibbi klonlama işləri bu tarikatın yaratdığı etik müzakirələrin kölgəsində illərlə dayanmış olub.
Qaynarinfo xəbər verir ki, Eve (Havva) adlanan bu gizli körpənin, anasının genetik eyni olduğu və tibb dünyasında yeni bir dövr açdığı elan edilmişdi. Lakin bu sansasion xəbər arxasında laboratoriya önlüyü geyinmiş alimlər yox, uzaq varlıqlara inanan bir tarikatın kölgəsi dayanmışdı.
Layihəni həyata keçirən "Clonaid” şirkətinin rəhbəri Bricit Boisselier kameralar qarşısında Evenin doğumunu elan edərkən, beş il əvvəlki qoyun "Dolly" uğurunu bir addım irəliyə apardıqlarını iddia edib. Boisselierə görə körpə, anasının dərisindən götürülmüş DNA-nın elektrik cərəyanı ilə canlandırılması nəticəsində yaranmışdı. Bu üsul, uşaq sahibi ola bilməyənlər və ya sevdiklərini itirənlər üçün "ölümsüzlüyün açarı” kimi təqdim olunurdu. Lakin tibb dünyası bu iddiaları eşidəndə şübhələnirdi: çünki heç bir sübut və ya müstəqil laboratoriya hesabatı mövcud deyildi.