Prezident sədr müavinini vəzifədən azad etdi"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib.
"APA-Economics"in əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İl..
MİQ imtahanında iştirak ödənişli olacaq - Prezident təsdiqlədiMüəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq.
Qlobal.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Ümumi təhsil haqqında" qanuna dəyişikliklər..
Daha bir Sənaye Parkı yaradılır (FƏRMAN)Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişafı və regionlarda iqtisadi fəallığın artırılması məqsədilə Gəncə şəhəri və Şəmkir rayonu ərazisində Qərb Sənaye Parkı yaradılır.
Qlobal.az xəb..
Büdcə xərclərinə nəzarət sərtləşdirilir - Yeni qurum yoxlayacaq2025-ci ilin dekabrın 30-u Prezident İlham Əliyevin imzaladığı "Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Maliyyə Nazirliyi yanında Döv..
Vəkil müştərisi olan xanıma çılpaq şəkillərini göndərib? - Bakıda"Hüquqlarımı qorumalı olan vəkil məni intihar həddinə çatdırıb. Özünün yarıçılpaq, qeyri-etik fotolarını göndərir, əxlaqsız təkliflər edir”.
Qlobal.az xəbər verir ki, bu iddia ilə "qafqazinfo”ya ix..
Almaniya bu həftə Qrenlandiyaya qoşun göndərəcəkAlmaniya bu həftə qoşunlarını Qrenlandiyaya göndərəcək.
"Report"un məlumatına görə, bu barədə "Bild" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, adaya əvvəlcə Bundesver qoş..
Tovuz rayonu Məşədilər kənd sakini, təqaüdçü İbrahimov Akif Əli oğlu mətbuat üçün video müraciət paylaşıb. Onun müraciəti Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova ilə bağlıdır. Belə ki, Akif İbrahimov video müraciətində iddia edir ki, kollecin aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Şəhriyar Quliyevə görə onun anası kollecin şöbə müdirinə 600 AZN, direktorun özünə isə 900 manat pul verib. İndi isə direktor Hicran Əyyubova bunu boynuna almır. Akif İbrahimov müraciətində onu da bildirir ki, aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Şəhriyar Quliyevin anası Xatirə Uğuzova əlavə olaraq, Hicran Əyyubovaya çatacaq qızıl üzük, 140 manat dəyərində ətir və şokolad bağlamasını onun Lamiyə adlı müavininə verib. İndi direktor bunları danır, Şəhriyar Quliyevin diplomunu almasına kömək etmir. Vəziyyəti belə görən Xatirə Uğuzova DİN-nin 102 çağrı mərkəzinə müraciət edib. Olunan şikayətdən ehtiyatlanan Hicran Əyyubova tələbənin anasına zəng çalaraq, Şəhriyar Quliyevə diplom veriləcəyini bildirib, qarşılığında şikayətini geri götürməsini xahiş edib.
Faktinfo.az saytına səsləndirilən iddialarla bağlı Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Şəhriyar Quliyevin anası Xatirə Uğuzova ilə əlaqə saxlayıb. Xatirə Uğuzova Akif İbrahimovun səsləndirdiyi iddiaların yalan olmadığını, özünün DİN-nin 102 çağrı mərkəzinə şikayət etdiyini, yayılmış video müraciətin isə onun iradəsindən kənar baş tutduğunu qeyd edib.
Məlum iddialara Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova da münasibət bildirib. Direktor Xatirə Uğuzova adlı xanımı tanımadığını, üzük, pul, hədiyyə aldığına dair səsləndirilən iddiaların yalan olduğunu, şərə, böhtana tuş gəldiyini qeyd edib. Məsələni hüquq-mühafizə orqanının araşdırdığını, tələbə Şəhriyar Quliyevə gəlincə, onun təhsil haqqı borcunun olduğunu, istehsalat təcürbəsinə buraxılmadığını, tələbənin qayıb limitini keçdiyini, fənn kreditini tamamlamadığını və s. səbəblərdən də adının diplom alacaq tələbələrin siyahısında yer almayacağını vurğulayıb.
Onu da qeyd edək ki,Tovuz rayonu Məşədilər kənd sakini, təqaüdçü İbrahimov Akif Əli oğlunun paylaşdığı video müraciət bir sıra saytlarda və Tik-Tok sosial şəbəkəsində paylaşılıb.