SON XƏBƏR

Hidayət Heydərov Avropa çempionatına getməyəcək

Aprel 22
10:24 2025
Avropa çempionatında çıxış edəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.

Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb. Onu Avropa çempionatında Rəşid Məmmədəliyev (73 kq) əvəz edəcək.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 23-27-də tarixlərində Monteneqroda keçiriləcək.
 
Turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook