SON XƏBƏR

Hillari Kliton ikinci dəfə nənə oldu

İyun 18
23:05 2016
ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd və keçmiş dövlət katibi Hillari Klintonun qızı Çelsi Klintonun ikinci övladı dünyaya gəlib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Mark Mezvinskinin həyat yoldaşı olan Çelsi Klinton bu haqda özünün Tvitter səhifəsində məlumat yayıb.

"Mark və mən oğlumuzun dünyaya gəlişini bayram edirik”, - o, yazıb. İkinci dəfə nənə olan Hillari Klintonun nəvəsinə Aydan adı verilib.

Bundan əvvəl ailədə qız uşağı doğulub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook