SON XƏBƏR

"Hörmüz boğazı bağlı qalmalıdır" - Xamenei İsrail və ABŞ-ni "digər cəbhələr"in açılacağı ilə hədələyib

Mart 12
18:25 2026
İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətini edib.

APA xəbər verir ki, onun müraciəti yazılı formada yayımlanıb.

Müctəba Xamenei bildirib ki, Hörmüz boğazı bağlı qalmalıdır.

Müctəba Xamenei "Hörmüz boğazının bağlı qalmasının düşmənə təzyiq vasitəsi olaraq davam etdirilməli olduğunu” bəyan edib. 

"Biz qonşularla dostluğa inanırıq".

Müctəba Xamenei xalqa ilk müraciətində daha sonra bildirib.

"Biz qonşularla dostluğa inanırıq, yalnız hərbi bazaları hədəf alırıq və zərurət olduğunu üçün bunu davam etdirəcəyik”, - o qeyd edib.

İran hərbçilərinə təşəkkür edən Müctəba Xamenei xalqa birlik çağırışı edib, onları Qüds Günü yürüşündə iştiraka dəvət edib.

Müctəba Xamenei xarici güclərin ölkəni parçalamaq cəhdlərinin qarşısının alındığını bəyan edib.

Ölkənin ali lideri qeyd edib ki, İran tərəfi maliyyə zərərinə görə kompensasiya tələb edir:

"Biz rəqibdən kompensasiya tələb edəcəyik və əgər o imtina etsə, onun əmlakından lazım bildiyimiz qədər götürəcəyik. Əgər bu mümkün olmasa, onun əmlakının eyni miqdarını məhv edəcəyik".

Xamenei həmçinin İsrail və ABŞ ilə münaqişənin davam etməsi halında "yeni cəbhələr açacağını" da vəd edib. (Report)

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. İran Ekspertlər Şurası martın 8-də Əli Xameneinin oğlu Müctəba Xameneini ölkənin yeni ali rəhbəri seçib. 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook