Hüsnü Mübarəkə bəraət verilib
Mart 03
00:25
2017
Misirin Kassasiya Məhkəməsi sabiq prezident Hüsnü Mübarəkə bəraət verib.
Trend TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Misir dövlət televiziyası məlumat yayıb.
Məhkəmə 2011-ci il yanvar inqilabında etirazçıların öldürülməsi ilə bağlı Mübarəkin üzərində olan bütün ittihamları götürüb, onun barəsində bütün cinayət təqibləri dayandırılıb.



