SON XƏBƏR

İbrahim Kalın- "İsraillə danışıqların son mərhələsindəyik"

Aprel 25
14:04 2016
"İsraillə bir müddətdir davam edən danışıqların son mərhələsindəyik".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbarhim Kalın aprelin 25-də keçirdiyi həftləik brifinqdə bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda daha bir görüşün keçirilməsi planlaşdırılır: "Fələstin torpaqlarında, o cümlədən Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində addım atılacağını gözləyirik".

Qeyd edək ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri hücum etmişdi. Həmin əməliyyat nəticəsində Türkiyənin 9 dinc vətəndaşı öldürülmüşdü. Həmin tarxidən iki ölkə arasındsa münasibətlər pozulub. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook