SON XƏBƏR

İcra başçılarının şokoladlı, mürəbbəli qəbulu müzakirələrə səbəb oldu - Foto

Noyabr 15
13:54 2025
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik isaqov Hacıqabul rayonunda keçmiş məcburi köçkünlərlə növbəti səyyar qəbul keçirib.
 
Qlobal.az xəbər verir ki, qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovla yanaşı, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və digər vəzifəli şəxslər iştirak edib.
 
Görüşdən yayılan şəkillər sosial şəbəkələrdə ciddi müzakirə olunmaqdadır. 
 
Belə ki, şokoladlı, mürəbbəli, limonlu çay süfrəsi arxasında əyləşən icra başçılarının bu cür qəbul keçirmələri birmənalı qarşılanmayıb. 
 
Qeyd edək ki, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 2012-ci ildən İcra Hakimiyyəti başçısı vəzifəsində çalışır. O, 2012-2016-cı illərdə Yardımlı rayonunda, 2016-2024-cü illərdə Salyan rayonunda, 2024-cü ildən isə Hacıqabul rayonunda başçı vəzifəsində çalışır.
 
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov 2001-ci ildən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
 
Cahandar Laçınlı 
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook