İcra başçısının müavini obyektini qardaşının adına rəsmiləşdirib? - Açıqlama

İyul 31
23:24
2025
Beyləqan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanovun qardaşı obyekt tikdirib.
Qlobal.az-ın əldə etdiyi məlumata görə rayonun Sərdar İmrəliyev küçəsində olan obyektin ümumi sahəsinin 150 kvadrat metrə yaxın olduğu bildirilir.
Qeyd edək ki, Telman Məstov uzun illərdir Beyləqan rayon İcra Hakimiyyətində müavin vəzifəsində çalışır.

Sosial şəbəkələrdə yayılan iddialara görə Sərdar İmrəliyev küçəsində Elman Məstənovun adına rəsmiləşdirilən obyekt Beyləqan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanova aiddir.
Qlobal.az məsələ ilə bağlı Beyləqan rayon İcra Hakimiyyətindən mövqe öyrənib:
"Şəhərin Sərdar İmrəliyev küçəsində yerləşən tikinti sahəsi 122 kv.m olan obyekt Məstanov Elman Qənimət oğluna məxsusdur. 2018-ci ildən indiyədək həmin obyekti Məstanov Elman Qənimət oğlu istifadə edir".
Cahandar Laçınlı