SON XƏBƏR
  • Anar Əsədli həbs olunduLəğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən zərərçəkmiş şəx..
  • Qubadlı şəhərinin işğaldan azad edilməsindən 5 il ötürBu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümüdür. APA-nın məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əmə..
  • Sərdar Səfərova general-mayor rütbəsi və yüksək vəzifə verildiStrateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəisi təyin edilib. Qlobal.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Sərdar Süleyman oğlu Səfərov gət..
  • Madar Quliyev vəzifəyə təyin edildi"Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin baş direktoruna yeni müavin təyin edilib. Bu vəzifə Madar Quliyevə həvalə olunub.  Qeyd edək ki, M.Quliyev bundan öncə İnstitutun baş direktorunun..
  • Sahib Məmmədovdan müəmmalı əmr: 9 ay əvvəl təyin etdiyi müdiri işdən çıxardı"Bilgəh" Kardioloji Sanatoriyasının direktoru, kardioloq Afiyəddin Məmmədov tutduğu vəzifədən azad edilib. Qlobal.az xəbər verir ki, Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bu barəd..
  • Putin İlham Əliyevə zəng etdiOktyabrın 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Qlobal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat ..
  • Prezident yol təmirinə 2 milyon ayırdıYardımlı rayonunun Yardımlı–Deman–Arvana avtomobil yolu təmir ediləcək. Qlobal.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, iki min nəfər əhalini..
  • Vəkil Zabil Qəhrəmanov saxlanıldıGəncədə tanınmış vəkil saxlanılıb. APA-nın yerli bürosunun məlumatına görə, tanınmış vəkil Zabil Qəhrəmanovun ötən gün saxlanıldığı bildirilir. Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis ..
  • Bu sahədə vergidən azadolmaların müddəti artırılırMənfəət, əmlak və torpaq vergisindən azadolmalar və güzəştlərin siyahısı genişləndirilir. Qaynarinfo xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə edilən Vergi Məcəlləsin..
  • Tramp Kanada ilə ticarət danışıqlarının dayandırıldığını elan edibABŞ Prezidenti Donald Tramp Kanada ilə bütün ticarət danışıqlarının dayandırıldığını açıqlayaraq, Ottavanı rüsumlara qarşı saxta reklam yaymaqda ittiham edib. APA xəbər verir ki, Tramp bu barədə..

İdmançıdan beynəlxalq yarışa qatılmaq üçün pul istəyirlər

İyun 13
23:57 2016
İdmançılarımız maliyyə baxımından təmin olunmurlar.

Kunfu və Sanda üzrə Azərbaycan çempionu Həmidə Rüzgari Moskvada keçiriləcək Dünya çempionatına iştirak etməyə bilər. ANS-in məlumatına görə, buna səbəb idmançının maliyyə probleminin olmasıdır.
 
Ölkə çempionun sözlərinə görə, Kunfu və Sanda federasiyası idmançıların Moskvaya göndərilməsi üçün təxminən, 900 manata qədər pul istəyir. Həmin pula təyyarə bileti və oteldə qalmaq daxildir. Maraqlıdır, görəsən hansı kateqoriyaya görə federasiya idmançıları beynalxalq turnirə yola salır?

 
 
Həmidə Rüzgarinin kuboku və diplomu

Kunfu və Sanda üzrə federasiya prezidenti Barat İsrafilov bütün işi klubların üstünə atır. Onun sözlərinə görə, idmançıların çıxış etdiyi klublar onların beynalxalq turnirdə iştirak etməsini təmin etməlidir. O, qeyd edib ki, Federasiyanın maliyyə problemləri olduğu üçün onları təmin edə bilmir. Dünya çempionatında kunfu və sandaçılarımız çıxış etdiyi klubları yox, məhz Azərbaycanı təmsil etməklərinə baxmayaraq federasiya rəsmisi vurğulayıb ki, idmançıların bütün xərclərini klublar ödəməlidir, yaxud idmançının şəxsi sponsoru olmalıdır:
 
"Hansı idmançını klub maliyyələşdirirsə, həmin adam da çempionata gedir. Nazirlik 5-6 idmançıya kömək edir, qalanlarına isə federasiya mümkün olduğu qədər köməklik edib, yola salır. Turnirə pulsuz gedən idmançı yoxdur. Əvvəl nazirlik 11 idmançıya köməklik edirdi. Bu dəqiqə demək olar ki, bütün federasiyalarda imkan yoxdur. Federasiyalardan klublara məktub yollanır ki, seçdiyimiz idmançılara sponsorluq edin, turnirə göndərək. Federasiyalar tək özü sponsorluq edə bilmir”. (Azadlıq.info)
 
Qlobal.az









Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook