SON XƏBƏR

İki ayağını itirmiş qazi Heydər Əliyev zirvəsinə qalxdı

May 08
13:43 2023
Vətən müharibəsində iki ayağını da itirmiş qazi Polad Rzayev ulu öndər Heydər Əliyevin adını daşıyan zirvəyə qalxıb.

Bu barədə o, instaqram hesabında paylaşım edib. 

P.Rzayev ulu öndər Həydər Əliyevin 100 illik yubileyi münasibətilə zirvəyə qalxdığını bildirib:

"Mən 1-ci Qarabağ müharibəsi şəhidinin övladı, ikinci Qarabağ müharibəsində hər iki ayağını itirmiş qazi Polad Rzayev bu zirvəyə gəlişimi bütün şəhid qardaş-bacılarıma həsr edirəm.

Eyni zamanda mən bura təkcə Polad adından deyil bütün qazilərimiz adından, onların hamısını ürəyimdə tutaraq gəlmişəm və burdan, dahi Heydər Əliyev zirvəsindən bütün qazilər adından üzümü həm Azərbaycanlılara, həm də dünyaya tutub deyirəm ki, Ali Baş Komandanın bir əmri ilə mən və mənim kimi minlərlə oğullar nəinki vücudumuzun bir hissəsindən, canımızdan keçərək bütün zirvələri qət etməyə hazırıq”.
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook