SON XƏBƏR

İlham Əliyev: "Qarabağ" xalqımızı qürurlandırmaqda davam edir

Oktyabr 02
05:40 2025
Prezident İlham Əliyev "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın "Kopenhagen" klubu üzərində 2:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

Qlobal.az xəbər verir ki, paylaşımda deyilir:

"Danimarka çempionu "Kopenhagen" futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə "Qarabağ" futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən "Qarabağ" dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir".





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook