SON XƏBƏR

İlham Əliyev Tacikistana səfərə getdi

Sentyabr 14
11:44 2023
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Düşənbəyə işgüzar səfərə gedib, dövlət başçısının saytı bildirib.

Tacikistan mənbələrinin məlumatına görə, Əliyev sentyabrın 14-15-də Düşənbədə Mərkəzi Asiya dövlət başçılarının beşinci məşvərət görüşündə fəxri qonaq qismində iştirak edəcək.

Əliyev Mərkəzi Asiya liderlərinin 2018-ci ildən keçirilən sammitində iştirak edən ilk qeyri-regional dövlət başçısı olacaq.

Düşənbədə Azərbaycan prezidentinin Mərkəzi Asiya ölkələrinin rəhbərlərilə ikitərəfli görüşləri də planlaşdırılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook