SON XƏBƏR

İlon Mask Krımla bağlı qalmaqallı paylaşım etdi

Yanvar 21
21:08 2023
Amerikalı iş adamı İlon Mask bildirib ki, o, ukraynapərəstdir, lakin 2014-cü ildə Rusiyanın ilhaq etdiyi Krımı Ukraynanın azad etməsini yersiz hesab edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Mask "Twitter"də yazıb. O, bu şərhini "New York Times” qəzetindəki "ABŞ Ukraynaya Krımı hədəf almağa kömək etməyə hazırdır” məqaləsinə cavab olaraq yazıb.

"Mən Ukrayna tərəfdarıyam, lakin amansız eskalasiya Ukrayna və dünya üçün çox risklidir”, - Mask yazıb.

Bundan əvvəl NYT xəbər vermişdi ki, Amerika Birləşmiş Ştatları Ukraynanı işğal olunmuş Krımın tam azad edilməsi üçün lazım olan silahlarla təmin edə bilər. Rəsmi olaraq ABŞ "sərt xətt”də olsa da və Krımda Rusiya hərbi bazalarına zərbələr endirmək üçün Ukraynanı uzaqmənzilli silahlarla təmin etməkdən imtina etsə də, indi bu mövqe yumşalmağa başlayıb.

2022-ci il sentyabrın əvvəlində Mask Ukraynadakı müharibənin sona çatmasına kömək edəcəyi güman edilən "sülh planı”nı tvit edib. O tvit ukraynalıların və rəsmi Kiyevin son dərəcə mənfi reaksiyasına səbəb olub.

Amerikalı iş adamı yazıb ki, Rusiyanın hərbi təcavüzü BMT-nin nəzarəti altında Rusiya qoşunları tərəfindən işğal olunmuş Ukrayna ərazilərində təkrar səsvermə yolu ilə dayandırılacaq. Eyni zamanda o, Ukraynaya Krımdan imtina etməyi və ora su buraxmağı təklif edib. Təbii ki, bu fikir Rusiyanın xoşuna gəlib.

Mask daha sonra "Ukraynanı çox dəstəklədiyini", lakin Ukrayna ərazilərinə və dünyaya böyük ziyan vuracağını bildirən eskalasiyanın əleyhinə olduğunu bildirib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook