“İlqar Mustafayev dedi ki, işləmək istəyirsənsə, tenderə qoşul“ - MƏHKƏMƏ
Noyabr 03
17:09
2025
Dənizkənarı Bulvar İdarəsində mənimsəmə ilə bağlı məhkəmə prosesdə təqsirləndirilən "GİRASOL" MMC-nin direktoru Fuad Babayev idarə heyətinin sabiq sədri İlqar Mustafayev tərəfindən tenderə qoşulması tələb edilib.
"Report"un məlumatına görə, o, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ifadəsi zamanı deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Dənizkənarı Bulvar İdarəsində mənimsəmə təqsirləndirilən idarə heyətinin sabiq sədri İlqar Mustafayev və digərlərinin məhkəmə prosesi davam etdirilib.
Məhkəmədə təqsirləndirilən Rəşad Bədəlov ifadə verib. O bildirib ki, Dəniz Kənarı Bulvar İdarəsində və idarənin tabeliyindəki müxtəlif idarələrdə bir sıra vəzifələrdə çalışıb:
"Əvvəl Dövlət Bayrağı Meydanının tabeliyində olan müəssisədə iqtisadçı kimi çalışmışam. 2016-cı ildən həmin müəssisənin direktor müavini vəzifəsinə təyin olunmuşam. 2018-ci ildə İlqar müəllimin köməkçisi, 2019-cu ilin sonundan etibarən isə Dəniz Kənarı Bulvar İdarəsinin müxtəlif idarələrində rəis vəzifəsində çalışmışam. İbtidai istintaq zamanı dedim ki, ittihamda göstərilənlərin mənə aidiyyatı yoxdur. Heç bir cinayət əməlində iştirakım olmayıb. Mənə nə tapşırıblarsa, icra etmişəm. Anamın İlqar müəllimin həyat yoldaşı ilə tanışlığı var idi. Bu tanışlıq vasitəsi ilə idarədə işə götürülmüşəm".
Rəşad Bədəlov bildirib ki, işlədiyi zaman maaşından əlavə vəsaitlər də alıb. Şahidin sözlərinə görə, bu pul qeyri-büdcə vəsaitlərindən əldə edilən maliyyə hesabına verilib.
"Vəsaitin toplanmağı ilə bağlı mənim heç bir səlahiyyətim olmayıb. Əvvəllər əməkhaqqını iki cür, həm əl ilə, həm də kart vasitəsi ilə alırdıq. Vəsaitin haradan verilməsi ilə bağlı kimisə sorğu-sual etməyə səlahiyyətim yox idi. Mən işə qəbul olanda əməkhaqqı iki formada verilirdi, 2017-ci ildən tədricən kart vasitəsi ilə verilməyə başladı", - təqsirləndirilən bildirib.
Rəşad Bədəlov deyib ki, digər təqsirləndirilən Fuad Babayevi 2017-ci ildən tanıyıb. Onun sözlərinə görə, F.Babayev əvvəl onun köməkçisi olub.
Prosesdə ifadə verən digər təqsirləndirilən Fuad Babayev deyib ki, əvvəl idarənin əməkdaşı olub, sonra isə gül təssərrüfatı ilə məşğul olmaq istəyib və bu barədə İlqar Mustafayevə məlumat verib:
"O, mənə dedi ki, işləmək istəyirsənsə, tenderə qoşul. Daha sonra mən də "GİRASOL" MMC-ni yaratdım".
Prokuror Fuad Babayevə ona Maraş dondurmaları və digər sahələrdən niyə pullar verildiyini soruşub:
Fuad Babayev isə deyib ki, həmin pulların ona niyə verildiyini bilməyib:
"Mənə Maraş dondurmadan və digər sahələrdən pullar verilirdi. Mən bu pulları təchizat idarəsinə, Zamin Xəlilova verirdim. Sonra tələbnamə gəlirdi. Həmin tələbnamədə pulun hansı təyinat üzrə xərclənməsi göstərilirdi. Türkiyədən tenderlərlə güllər gətirirdik, həmin güllərin gömrük bəyannaməsi də var. Dəniz Kənarı Bulvar İdarəsindən başqa digər qurumlara da güllər vermişəm. "GİRASOL" MMC ilə idarə arasında maliyyə əməliyyatları nağdsız formada olub. Vergi orqanı bizdə hər hansı bir yoxlama aparmayıb".
Növbəti iclas dekabrın 8-nə təyin olunub.
Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
İbtidai istintaqla İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəməkdə təqsirli biliniblər.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.
İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.
İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub
Qlobal.az