SON XƏBƏR

Çin rəsmisi Şimali Koreyaya xəbərdarlıq edib

Aprel 12
10:54 2017
"Növbəti dəfə nüvə sınağı keçirsə, o zaman Çin Şimali Koreyaya qarşı sanksiya tətbiq edəcək”.
 
"Report” TASS-a istinadən xəbər verir ki, bunu Çin hökumətinin Cənubi Koreyada səfərdə olan Koreya yarımadası üzrə xüsusi nümayəndəsi U Davey bildirib.
 
"Təzyiq vasitəsi kimi yanacaq-sürtgü materiallarının və başqa malların tədarükünün dayandırılması, Çində işləyən Şimali Koreya vətəndaşlarının deportasiyası nəzərdə tutulub”, - deyə çinli diplomat vurğulayıb.
 
Qeyd edək ki, indiyədək Şimali Koreya 5 dəfə nüvə sınağı (2006,2009,2013-cü illərdə, 2016-cı ilin yanvar və sentyabr aylarında) həyata keçirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook