SON XƏBƏR

Çin, Rusiya və İran Hind okeanında birgə təlimlərə başlayıb

Mart 12
12:25 2024
Çin, Rusiya və İranın Hərbi Dəniz Qüvvələri martın 12-də Hind okeanında birgə təlimlərə başlayıb.

"Report” xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Korpusu (Sepah) yayıb.

Təlimlər "Dəniz qurşağının təhlükəsizliyi-2024” adı altında keçirilir.

Məlumata görə, Azərbaycan, Qazaxıstan, Pakistan, Oman, Hindistan və Cənubi Afrika Respublikasının nümayəndələri təlimləri müşahidəçi qismində izləyirlər.

Qeyd edək ki, Çin, Rusiya və İran 2023-cü il martın 17-də də Hind okeanında oxşar təlimlər keçiriblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook