İngiltərə baş naziri: “Türkiyə yalnız 3000 ilində Avropa Birliyinə üzv ola bilər”
İyun 03
12:31
2016
Skynews kanalının suallarına cavab verən İngiltərə baş naziri Türkiyə ilə bağlı fikirlərini bölüşdürüb.
Musavat .com-un xarici xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə Türkiyənin AB üzvlüyü ilə bağlı tamaşaçılardan gələn suallara cavab verən Kameron Ankaranın yaxın bir zamanda təşkilata üzv ola bilməyəcəyini bildirib.
"Türkiyənin AB-yə üzv olması on illər boyunca mümkün görünmür” deyə söyləyən ingilis baş nazir :"Türklər 1987-ci ildə baş vurublar, müzakirələrin 35 fəslinin hamısını tamamlamaq məcburiyətindədirlər. Bu gedişlə 3000-ci ildə qatıla bilərlər. Bundan başqa bütün ölkələrin hər birinin ayrılıqda veto haqqı var” deyə əlavə edib.
Türkiyə ilə əməkdaşlığın vacib olduğunu söyləyən Kameron bunun yaxın zamanda Türkiyənin Avropa Briliyinə üzv olması demək olmadığını da tamaşaçıların diqqətinə çatdırıb.
Kameron sonda Avropa Birlyinin bir təşkilat kimi mükəmməl olmadığını söyləyib və "bu təşkilat bəzən məni dəliyə çevirir” – deyə bildirib.

Qlobal.az