Çinin lideri ABŞ-a səfərə gedib
Aprel 07
09:55
2017
Çin Xalq Respublikasının sədri Si Tzinpin ABŞ-a səfər edib.
CNN xəbər verir ki, Çin liderinin təyyarəsi yerli vaxtla 13.40-da (Bakı vaxtı ilə 21.40-da) Floridanın "Palm Biç” hava limanında eniş edib. ABŞ prezidenti Donald
Trampın da yaxın saatlarda Floridaya səfər edəcəyi gözlənilir.
Trampın Si Tzinpinlə ilk görüşü onun Floridadakı "Mar-a-Laqo” iqamətgahında baş tutacaq. Liderlərin bu gün axşama birgə şam yeməyi nəzərdə tutulub. Danışıqların aprelin 7-də keçiriləcəyi planlaşdırılıb.
Görüşdə ikitərəfli münasibətlər, ticarət disbalansı, Tayvan məsələsi, Cənub-Çin dənizi ətrafındakı mübahisə və Şimali Koreyanın nüvə problemi kimi məsələlərin əsas müzakirə mövzusu olacağı gözlənilir.
Ekspertlər hazırkı səfərin tanışlıq xarakteri daşıdığını, ciddi razılaşmaların əldə edilməyəcəyini proqnozlaşdırırlar.



