"İnsanlar 5-7 ildən sonra Marsı koloniyalaşdırmağa başlayacaq" - Mask

Mart 18
09:47
2025
İnsanlar 5-7 ildən sonra Marsı koloniyalaşdırmağa başlayacaq.
"Report” xəbər verir ki, bu barədə amerikalı iş adamı İlon Mask bildirib.
Maskın fikrincə, əsas sual, texnoloji inkişafın hazırkı səviyyəsinin Yerdən tədarükün dayandırıldığı halda belə, Marsda insan sivilizasiyasının avtonom mövcudluğunu və inkişafını təmin etmək üçün yetərli olub-olmayacağıdır. Onun sözlərinə görə, əks halda Mars yox olacaq.