“Azər-Türk Bank” məhkəməyə verildi

Yanvar 18
01:37
2025
"Azər-Türk Bank” ASC məhkəməyə verilib.
Qlobal.az Tribunainfo.az-a istinadla xəbər verir ki, sözügedən bankla bağlı iddianı Abbasov Eldost, Abbasov Elşad və Abbasov İlqar qaldırıb. İşin mahiyyəti ilə bağlı açıqlama verilmir.
Bank və şirkətlə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 12 fevral tarixində hakim Təranə Mahmudovanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən "Azər-Türk Bank”da (ATB) əhalinin əmanətləri də azalıb. 2024-cü ilin əvvəlinə 214 milyon 432 min manat olan əmanətlər 213 milyon 127 min manata düşüb.
Xatırladaq ki, "Azər-Türk Bank”ın Müşahidə Şurasının sədri Ruslan Əlixanov, İdarə Heyətinin sədri isə Orxan Hüseynovdur.
Tərəfləri dinləməyə hazırıq.