SON XƏBƏR
  • Otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılarOtuz iki ildən sonra şuşalıların doğma Şuşaya qayıdışı mühüm tarixi hadisədir. Çünki Şuşa Azərbacan xalqının əyilməz ruhunun rəmzidir. Məhz buna görədir ki, 44 günlük Vətən müharibəsinin Şuşasız uğ..
  • İrəvanda polis etirazçıları saxlamağa başlayıbErmənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəalları səhər tezdən İrəvanın mərkəzi küçələrini bağlamağa çalışırlar, polis onları saxlamağa başlayıb. "Report” xə..
  • Bu bankların əmlakları hərraca çıxarılırİyunun 3-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "AtraBank” ASC-nin, iyunun 4-də isə "Texnika Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək. Qaynarinfo xəb..
  • Şuşa bizim əyilməz ruhumuzun rəmzidir32 ildən sonra şuşalıların doğma yurda qayıtması ilə Qarabağın döyünən ürəyi, ölkəmizin, İslam dünyasının mədəniyyət paytaxtı olan Şuşanın tarixində yeni dövr başlayır. Bildiyimiz kimi, ölkə pre..
  • Rusiya ordusu Ukraynanın daha bir kəndini işğal edibRusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Lukyanivtsi kəndini işğal edib. "Report” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinə yaxın OSINT-layihə olan "DeepState”&nbs..
  • Blinken Ukraynada səfərdədirABŞ-nin dövlət katibi Antoni Blinken Ukraynanın paytaxtı Kiyevdə səfərdədir. "Report” xəbər verir ki, bu barədə "Reuters” mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, Blinkenin əvvəlcədən "el..
  • Rusiya MN-in kadrlar idarəsinin rəisi saxlanıldıRusiya Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsov saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinə və hüquq-mühafizə orqanlarına bağlı "Telegram” kanalları ..
  • Səbail icra hakimiyyətinin şöbə müdiri parkda obyekt tikdirir – FOTOSəbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmmədov İlham Elxan oğlu Qafur Məmmədov adına parkdakı yaşıllıqları "qaralayıb”. Bu ba..
  • Şuşa şəhərinə növbəti köç karvanı yola salındıPrezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Qlobal.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərg..
  • İcra başçısının qəbulunda məmura kəllə atan şəxs həbs edildi - FotoNeftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun qəbulunda məmura kəllə ilə zərbə vuran şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, hadisə 21 iyun 2023-cü ildə Neftçala rayon..

“İnvestAZ”a güvənmək olarmı? – “İnsanlar son pullarını maliyyə əməliyyatlarına yerləşdirməsinlər”

Avqust 22
14:36 2023
Son zamanlar Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin sayı artıb. "Yatırımı sadələşdirmək”, "asan və anlaşılan şəkildə müştəriyə təqdim etmək” devizi ilə fəaliyyət göstərən şirkətlərdən biri də "İnvestAZ”dır. Bu şirkətlə bağlı vətəndaşlar sosial şəbəkələrdə çoxsaylı müraciətlər ünvanlayırlar. Bəs görəsən belə investisiya şirkətləri nə dərəcədə güvənlidir? Vətəndaşları aldada bilərlərmi? Bu məsələlərdə insanlar nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Pravda.az-ın suallarını cavablandıran bank məsələləri üzrə ekspert Əkrəm Həsənov vətəndaşları ehtiyatlı olmağa çağırıb.

Ekspert deyib ki, Azərbaycanda qiymətli kağızlar bazarı real olaraq yoxdur: "Bizdə heç kim heç kimin qiymətli kağızını elə-belə almır. Çünki bilinmir ki, onun arxasında nə durur, gəlir gətirəcəkmi, aldadacaqlarmı... Azərbaycanda valyuta bazarı da çox primitivdir. Bəllidir ki, milli valyutanın məzənnəsi sabitdir və Mərkəzi Bank tərəfindən tənzimlənir. Buna görə də "İnvestAZ” kimi investisiya şirkətləri milli bazarda real xidmət göstərə bilməzlər. Nə xidmət göstərəcək? Xarici bazarlarda ola bilər. Onda gərək insanlarımız xarici şirkətlərin səhmlərini alsınlar. Buna görə də, düşünürəm, Azərbaycanda xarici bazarları bilən kifayət qədər peşəkarlar yoxdur ki, nəsə etsinlər. Həm də təhlükəlidir. Nəsə səhm aldınız, sabah batdı. Mən belə bir fəaliyyətə çox ehtiyatla yanaşardım. Ən azından insanlara tövsiyə edirəm ki, son pullarını gedib belə maliyyə əməliyyatlarına yerləşdirməsinlər. Kiminsə çox pulu varsa, istəyirsə, bir hissəsini qoysun, görsün ki, nəsə gəlir əldə edə biləcək, ya yox”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook