SON XƏBƏR

İran "Gerçək vəd - 4" əməliyyatının növbəti dalğasını başladıb - İsrail və ABŞ-nin bazalarını vurur

Mart 14
01:26 2026
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd - 4" əməliyyatının 46-cı dalğasının başladığını elan edib.

"Report" xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Qeyd olunub ki, İsrail və ABŞ-nin bölgədəki bazalarına hücumda "Xürrəmşəhr", "Xeybərşikən", "İmad" və "Qədr" raketlərindən istifadə olunub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatına başladığını açıqlayıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook