SON XƏBƏR

İran prezidentini Urmiyada bozqurdlar qarşıladı - FOTOLAR

May 30
19:31 2016
2016 ci ilin Mayın 30-da günəş tarixilə 1395- ci ilin Xurdadi 10 da Urmiyaya səfər edən Həsən Rohani Bozqurlarla qarşılaşdı.  
 
Ruhaninin çıxışına toplaşan urmiyalılar, Azərbaycan türkcəsi və fars dillərində milli şüarlar yazılan plakatlar qaldıraraq Azərbaycanlılara verdiyi yalan vədləri xatırladıblar. "Haray-haray, mən türkəm” ,"Türk dilində mədrəsə”, "Ruhani, Ruhani, Ana dilim rəsmi olsun ki seçkide danışmağa bir sözün olsun”, "Ruhani, Ruhani, Vədələrin (verdiyin vədlər) bəs hanı”, "Azərbaycan var olsun, istəməyən kor olsun”,  şüarlarını səsləndirən Bozqurdlar, ruhanını çaşbaş qoyub və dəfələrlə danışığın kəsib.
 
Xatırladaq ki, iran adlanan ölkənin islami rejiminin 11-ci hökumətinin başına gələn Rohani, qısa zamanda Urmiya gölünün bərpasına söz vermişdı. Ancaq budəfədə yalan vədəsinə cəvab olaraq, bir yalanvə aldatıcı ifadə işlədib. O deyib ki güya hökümət sözün tutub və Urmu gölü birdaha dirilib. Bu sözləri Rohani o zaman deyir ki, Urmu gölü tamamilə qurumuş vəziyətdə durur. (Türküstan.info)
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook