SON XƏBƏR

İran taxıl idxalını dayandırır

Avqust 02
14:03 2016
İran taxıl idxalını dayandırmaq qərarına gəlib.

İSNA xəbər agentliyi İran Dövlət Ticarət Korporasiyasının rəhbəri Abbasi Mərufana istinadən xəbər verir ki, indiyədək fermerlərdən 10 milyon tona yaxın taxıl alınıb.

Yetişdirilmiş taxıl məhsulunun bolluğu İrana 2017-ci ildən taxıl ixrac etmək imkanı verəcək.

Ölkə buğdanı Avropa İttifaqından, Rusiyadan, Kanadadan, Braziliya və Avstraliyadan alır.

İran dünyanın ən böyük buğda bazarlarından biridir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook