SON XƏBƏR

İranda aksiyalar zamanı 47 uşaq öldürülüb - Hüquqşünaslar və vəkillər BMT-yə müraciət etdi

Noyabr 21
12:30 2022
İranda hüquqşünaslar və vəkillər Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasına, Uşaq Hüquqları Komitəsinə və Uşaq Fondunun müraciət edib. 

Qaynarinfo xəbər verir ki, 20 hüquqşünas və vəkilin imzaladığı müraciətdə sözgedən təşkilatlardan İranda uşaq qətliamının dayandırılması üçün hərəkətə keçmələri xahiş olunub. 

Onlar həmçinin bildiriblər ki, ölkədə keçirilən aksiyalar zamanı insan hüquqlarının kobud şəkildə pozulması faktlarının sənədlərşdirilməsi üçün dərhal effektiv mexanizm yaradılmalıdır.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının son hesabatına görə Məhsa Əminin ölümü ilə bağlı etiraz aksiyalarında 47 uşaq öldürülüb. Məlumat üçün deyək ki, aksiyalar iki aya yaxındır davam edir.

İranlı hüquqşünasların məktubunda BMT-nin Uşaq Fondundan İslam Respublikasını uşaqlara qarşı beynəlxalq və daxili öhdəlikləri yerinə yetirməyə məcbur edilməsi xüsusi olaraq xahiş olunur. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook