İranda etirazlar silahlı qarşıdurma mərhələsinə keçib
Yanvar 05
08:37
2026
İranda etiraz aksiyaları silahlı qarşıdurma mərhələsinə keçib.
APA xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar təhlükəsizlik qüvvələrinin hərəkətinin qarşısını almaq üçün şəhərlərin girişlərində yanan barrikadalar qurur, bəzi qruplar isə avtomat silahlarla silahlanıb.
Yanğın barrikadaları səbəbindən təhlükəsizlik qüvvələrinin hadisə yerinə çatmaqda çətinlik çəkdiyi qeyd olunur. Mehəllat şəhərində yol polisi postu və polis avtomobili yandırılıb, etirazçılardan birinin polis əməkdaşlarına qarşı əl istehsalı olan alovsaçanla hücum etdiyi bildirilir.



