İranda mədən faciəsi: həlak olanların sayı 35 nəfərə çatıb
May 04
12:50
2017
İranın Gülüstan vilayətindəki kömür mədənində baş verən partlayışda həlak olanların sayı 35 nəfərə çatıb.
Təcili tibbi yardım idarəsinin rəhbəri Purhüseyn Gulivənd bildirib ki, Azadşəhər yaxınlığındakı kömür yatağında partlayış nəticəsində mədən çöküb. Qəza zamanı orada 90 işçi olub.
İran prezidenti Həsən Ruhani həlak olanların ailələrinə baş sağlığı verərək, mədəndə qalanların xilas edilməsi üçün bütün imkanlardan istifadə olunacağını bildirib.
Mədən faciəsi ilə əlaqədar Gülüstan vilayətində üç günlük matəm elan edilib.



