SON XƏBƏR

İranda məhdud quru əməliyyatı keçirilə bilər - ABŞ-nin BMT-dəki daimi nümayəndəsi

Mart 16
07:38 2026
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts zərurət yaranacağı təqdirdə, Pentaqonun məhdud quru əməliyyatı keçirməsi ehtimalını mümkün sayıb.

"Report" xəbər verir ki, bu barədə Amerika administrasiyasının nümayəndəsi "Fox News" telekanalı ilə söhbətində bildirib.

"Əgər prezidentə [ABŞ Prezidenti Donald Trampa] məqsədyönlü, məhdud ssenarini işə salmaq lazım gələrsə, heç bir şübhəm yoxdur ki, Pentaqon onu [belə bir imkanla] təmin edə biləcək", - deyə Uolts vurğulayıb.

Bununla belə, daimi nümayəndə işarə edib ki, Birləşmiş Ştatların İrana qarşı mümkün hərbi əməliyyatları 2003-cü ildə İraqda baş verənlərə bənzər genişmiqyaslı müdaxiləyə çevrilməyəcək.

"Qəti olaraq Tehranda buna bənzər heç nə baş verməyəcək", - o bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook