SON XƏBƏR

İranda `Traxtor`un azarkeşləri ŞÜAR səsləndirdikləri üçün həbs edilirlər

Avqust 17
11:42 2023
"Traxtor Azərbaycan”ın azarkeşləri futbol oyunu başlamazdan əvvəl və oyun zamanı İran hakimiyyətinin əleyhinə şüarlar səsləndiriblər.

Lent.az xəbər verir ki, azarkeşlər "Urmu gölü can verir, İran onun məhvinə fərman verir” şüarı səsləndiriblər.

Elə məhz bu səbəbdən Ərdəbildəki "Traxtor Azərbaycan” komandasının liderlərindən Abdullah Ənsari, azərbaycanlı idmançı və vətəndaş fəalı Kərim İsmayılzadə (boksçu) və azərbaycanlı milli fəal Mehdi Nəsirzadə "Traxtor Azərbaycan”ın oyunu başlamazdan əvvəl stadiona daxil olarkən həbs ediliblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook