İranda vurulan təyyarənin qara qutusu Kiyevdə yanvarın 20-də açılacaq
							Yanvar 15
									
										09:20
										2020
									
								"Beynəlxalq ekspertlər qrupu yanvarın 20-də İranda vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarəsinin uçuş qeydlərini deşifrə etməyə başlayacaq”.
Daha ətraflı APA TASS-a istinadən xəbər verir ki, bunu İrandan qayıtdıqdan sonra Kiyev Elmi-tədqiqat İnstitutunun direktoru məhkəmə eksperti Aleksandr Ruvin deyib.
O, əlavə edib ki, DNT analizi üçün fəlakət qurbanlarının müəyyənləşdirilməsi davam edir: "İran prezidenti meyitlərin bütün qalıqlarının yanvarın 19-dək təhvil veriləcəyini bildirib”.

				
				
				
				
				
				

