"İrandakı savaş Cənubi Qafqazdan Asiya və Avropaya qədər yayıla bilər" - Ərdoğan
Mart 10
02:01
2026
ABŞ və İsrailin İrana qarşı savaşı Fars körfəzi, Yaxın Şərq, Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropaya qədər yayıla bilər. Bunun qarşısını almaq üçün sülh və sabitlik istiqamətində sona qədər mübarizə aparacağıq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fövqəladə və səlahiyyətli səfirlər üçün təşkil olunan iftar süfrəsində deyib.
Türkiyə Prezidenti bildirib ki, hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq.



