SON XƏBƏR

İranın neft emalı zavodunda yanğın baş verib

İyun 27
00:09 2017
İranın İsfahan şəhərindəki neft emalı zavodunda yanğın baş verib, ən azı 100 nəfər xəsarət alıb.
 
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
 
Yanğın kükürdün saxlanma bazasında bazar ertəsi səhər başlayıb. Xəsarət alanların əksəriyyətində qazla zəhərlənmənin əlamətləri aşkar edilib, onlardan bəziləri xəstəxanaya yerləşdirilib.
 
Yanğının səbəbi hələlik müəyyən edilməyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook