"İranla müharibə mürəkkəb olacaq” - Rubio

Aprel 25
11:53
2025
ABŞ dövlət katibi Marko Rubio son açıqlamasında İranla müharibənin nəticələri, gözlənilməz aspektləri və mürəkkəbliyi barədə xəbərdarlıq edib.
Rubio qeyd edib ki, müharibə insanların televiziyada izləməyə öyrəşdiyi hadisə olmayacaq, ancaq Tramp nüvə danışıqlarına üstünlük verib.
Onun sözlərinə görə, İranla mümkün müharibə ABŞ xalqının son illərdə şahidi olduğu hərbi münaqişələrdən daha mürəkkəb və çətin ola bilər.