İraq “Hizbullah”ının lideri öldürüldü
Fevral 09
15:38
2017
İraqda terror təşkilatı "Haşdi Şəbi”nin daxilində qurulan İraq "Hizbullah”ının baş katibi Basim Əl Musəvinin silahlı hücum nəticəsində öldürüldüyü bildirilir.
Avropa.info xəbər verir ki, İraq təhlükəsizliyik xidmətindən mayor Cuma əl Hamrani Anadolu Agentliyinə etdiyi açıqlamada, Musəvinin avtomobilinə Bəsrə şəhəri yaxınlığında atəş açıldığını deyib.
Musəvinin hücum nəticəsində öldüyünü ifadə edən Hamrani, yanındakı adamın isə ağır yaralandığını bildirib.
Hamrani atəş açan şəxsin hadisədən sonra qaçdığını, hücumun məsuliyyətini isə bu ana qədər üzərinə götürmədiyini qeyd edib.