SON XƏBƏR

İraqın nəqliyyat naziri: “7000 il əvvəl təyyarələrimiz Plutona uçub”

Oktyabr 02
23:22 2016
Bu günlərdə keçirilmiş mətbuat konfranslarından birində İraqın nəqliyyat naziri Kazem Fincan əl-Hamami bəyan edib ki, hələ 7000 il əvvəl şumer sivilizasiyası dövründə bu ərazidə ilk hava limanı tikilib və şumer pilotları Pluton planetinə uçublar.
 
Virtualaz.org "İndependent” nəşrinə istinadən bildirir ki, bunu özünün "Twitter” mikrobloqunda yazan Şiə tədqiqatları akademik mərkəzinin əməkdaşı Halder əl-Xoi qeyd edib ki, nazirin sözünü şübhə altına almağa heç kəs cürət etməyib.
 
Yeri gəlmişkən, əl-Hamami çıxışında şumer sivilizasiyasının məşhur tədqiqatçısı Samuel Kramerin əsərlərinə istinad etdiyini bildirib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook