SON XƏBƏR

İrəvanda polis alayını ələ keçirən silahlıların tələbi:Hakimiyyət istefa versin!

İyul 17
11:54 2016
Ermənistanda bir qrup silahlı şəxs polisin post-patrul xidməti alayını ələ keçirib və hakimiyyətin istefasını tələb edir.
 
Bu barədə Trend TASS-a istinadən xəbər verir. Lakin hələ rəsmi məlumat verilmir.
 
Hüquq-mühafizə orqanlarının məlumatına görə, xəsarət alanlar da var.
 
Müxalif qruplaşmanın bəyanatında deyilir ki, cinayətkar qrupun təşkilində təqsirləndirilərək iyunun 20-də həbs olunan müxalifət nümayəndəsi Jirayr Sefilyanın tərəfdarları "Ermənistanda vəziyyəti dəyişmək niyyətində” olduqlarını elan edirlər.
 
Qeyd olunur: "Biz artıq İrəvanda polisin əsas bazalarından birini ələ keçirmişik və paytaxtın cənubundakı Erebuni məhəlləsinə nəzarət edirik”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook