İsa Həbibbəylinin öldürülən qohumu Naxçıvanda vəzifəli şəxs imiş – Rezonans doğuran qətlin təfərrüatları
Dekabr 09
13:22
2025
Bakıda, "Neftçilər” metro stansiyasının yaxınlığında ağır və rezonans doğuran qətl hadisəsi baş verib.
Konkret.az meyiti aşkar olunan şəxsin AMEA prezidenti İsa Həbibbəylinin baldızı oğlu olduğu haqda xəbər yayıb. İsa Həbibbəyli xəbəri təsdiq və təkzib etməyib.
Mövzuya qayıdacağıq.
Qlobal.az
Yayılan xəbərə görə, metro stansiyasının həndəvərində yerləşən mənzillərdən birində Nicat adlı şəxsin meyiti aşkarlanıb. Nicat adlı şəxsin həyatla öz xoşu ilə vidalaşmadığı, ölümündə kriminal izlərin olduğu müəyyən edilib.
"Mən eşitməmişəm. İndi gəlmişəm evə, xəbərim yoxdur”, deməklə kifayətlənib. Nicat adlı şəxsin meyiti tibbi müayinədən keçirilərkən bədəni üzərində güllə yarası müəyyən olunub. Onun intihar etdiyi və ya digər şəxs tərəfindən qətlə yetirildiyi araşdırma mövzusudur.
Hazırda faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırmalar davam edir. Polis və prokurorluq hadisənin təfərrüatları barədə geniş açıqlama verməyiblər. Cinayəti törədən şəxsin kimliyi, motivi və hadisənin başvermə səbəbləri araşdırılır.
Məsələ ilə bağlı Musavat.com-a daxil olan xəbərə görə Nicat adlı şəxs ölümünə qədər Naxçıvanda elm sahəsinə aid rəhbər vəzifədə olub. Onun cənazəsinin artıq Naxçıvana aparıldığı da bildirilir.
Qlobal.az



