SON XƏBƏR

İşdən çıxarılan nazir müavini həbs oluna bilər - İDDİA

Mart 06
09:26 2023
Xəbər verdiyimiz kimi, dünən Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib.

Firdovsi Əliyevin işdən azad olunması ilə bağlı AzToday.az-a ilginc məlumatlar daxil olub. İddialara görə, 18 il nazir müavini işləyən Firdovsi Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanaşı nazir Muxtar Babayevi də məharətlə aldadırmış. Nazir müavinin maxinasiyaları üzə çıxdıqdan dərhal sonra işdən çıxarılıb.

AzToday.az-a danışan mənbə bildirir ki, Firdovsi Əliyevin faktiki tabeliyində olan Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun vəsaitləri təyinatı üzrə xərclənmirmiş…

Mənbə Firdovsi Əliyevlə bağlı cinayət işinin başlanmasını belə istisna etmir.

Nazir müavini ilə bağlı səslənən iddiaları dəqiqləşdirmək üçün onunla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Yaxın günlərdə Firdovsi Əliyevin əməlləri ilə bağlı araşdırma yazımız olacaq.

Qeyd edək ki, Firdovsi Əliyev illərdir mediada meşələrin qırılıb məhv olunmasında əsas günahkarlardan biri kimi təqdim olunub. //AzToday.az//
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook