İŞİD-lə mübarizə üzrə dördtərəfli mexanizm yaradılır

Fevral 05
15:05
2025
Türkiyə, İraq, Suriya və İordaniya regionda İŞİD terror təşkilatı ilə mübarizə üzrə dördtərəfli mexanizm yaratmaq niyyətindədir.
"Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu” agentliyinə bildirib.
Onun sözlərinə görə, bu mexanizm, həmçinin ölkələr arasında ümumi sərhədlərin təhlükəsizliyini təmin edəcək.