SON XƏBƏR

İŞİD-lə mübarizədə ilk amerikalı hərbçi öldürüldü

Oktyabr 23
10:48 2015
İraqda girovların azad edilməsi əməliyyatı zamanı amerikalı hərbçi öldürülüb.
 
Qlobalinfo.az xəbər verir ki, bu barədə CNN telekanalına İraq hakimiyyətinin adının çəkilməsini istəməyən iki nümayəndəsindən məlumat daxil olub. Telekanalın bildirdiyinə görə, bu, İŞİD terror qruplaşması ilə mübarizədə öldürülən ilk amerikalı hərbçidir. Əməliyyat nəticəsində 70 girov xilas edilib. Mənbənin sözlərinə görə, əməliyyatda ABŞ hərbçiləri ilə yanaşı, kürd silahlıları və İraq əsgərləri də iştirak edib. Əlavə bilgi verilmir.
 
Bundan qabaq xəbər yayılmışdı ki, Bağdad öz ərazisində İŞİD-lə mübarizə üçün Rusiyadan kömək istəsə, ABŞ İraqa hərbi köməyi dayandıracaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook