İslam Əməkdaşlıq Təşkilatının baş katibi istefa verdi
Noyabr 01
00:23
2016
Qlobal.az Beynəlxalq İslam Xəbərlər Agentliyinə (İİNA) istinadla xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Əmin Mədəni vəzifəsindən istefa verib. O, bunu səhhətindəki problemlə bağlayıb.
Saytın bildirdiyinə görə, onun yerinə Səudiyyə Ərəbistanı Krallığının sabiq sosial işlər üzrə naziri Yusuf bin Əhməd Əl-Əsimeynin namizədliyi irəli sürülüb.
(AzərTAC)



