İslam Kərimov İsa Qəmbəri uşaq kimi necə tənbeh etdi...- ŞAHİD DANIŞDI
Sentyabr 04
23:34
2016
Özbəkistan 1989-cu ildən ona rəhbərlik edən liderini böyük hörmət və sayqı ilə haqq dünyasına yola saldı. Səmərqənddəki tarixi Şahi Zinda kompleksinə gələnlərin ardı-arası hələ də kəsilmir. Onların arasında orada yaşayan, oranı öz doğma evləri hesab edən və ölkənin 1-ci şəxsi haqqında həmişə hörmət və izzətlə danışan azərbaycanlılar da var. Qardaş Özbəkistanın rəhmətlik başçısı ilə görüşən, ondan müsahibələr alan Azərbaycan jurnalistləri də olub.
Onlardan biri haqqin.az və virtualaz.org saytlarının oxucularına yaxşı tanış olan Rasim Ağayevdir.
Rasim müəllim deyir: "İslam Abdulqəniyeviç MDB liderlərinin 1990-cı illərin əvvəllərində keçirilən ilk görüşündən yadımda qalıb. O dövr yenicə müstəqilliyini elan etmiş respublikalar üçün həyəcanlı, taleyüklü dövr idi. Nəzərə alsaq ki, Qərbin və o vaxtki Yeltsin Moskvasının açıq və faktiki dəstəyini alan Ermənistanın təcazüvü təzə-təzə başlamışdı, Azərbaycan rəhbərliyi üçün ikiqat narahat dövr idi.
Səhv etmirəmsə, Almatıda erməni nümayəndələri ilk görüşdəcə siyasi təxribata əl atdılar. Bəyan etdilər ki, Azərbaycan nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyini yaratmaq üçün toplanan forumda iştirak edə bilməz. Ona görə ki, Dağlıq Qarabağ xalqının çətin vəziyyətə düşməsində günahkardır. Bu bəyanatın görüş iştirakçıları arasında çaşqınlıq yaratdığını demək azdır. Hamının nəzərləri ermənilərə və onların deputatlarına açıq xeyir-dua verən Yeltsinə dikildi. Hiss olunurdu ki, nümayəndə heyətlərinin bəziləri erməni həmkarlarının "təbliğat maşınından” keçiblər. Və elə bu vaxt yaranmış sakitlikdə Özbəkistan nümayəndə heyətinin rəhbəri İslam Kərimovun hamımıza yaxşı tanış olan boğuq səsi eşidildi: "Mənə elə gəlir ki, kimlərsə post-sovet məkanında yeni əməkdaşlığın başlanğıcını qoyacaq görüşü bilərəkdən düşmənçilik istiqamətinə yönəldirlər. Yaxşı işlərə bu cür başlamırlar. Burada özününkülər və özgələr yoxdur. Burada keçmiş SSRİ-nin həmişə bərabərhüquqlu hesab edilən bütün respublikalarının nümayəndələri iştirak edir, bu, planlaşdırılan yeni əməkdaşlıq qurumunda da belə olmalıdır. Mən təklif edirəm ki, qaldırılan və burada müzakirə edilən problemə heç bir aidiyyəti olmayan məsələni bitmiş elan edək və bərabər hüquqlu işgüzar şəraitin tələb etdiyi kimi, gündəliyə keçək”.
Ola bilər mən hansısa bir detalı gözdən qaçırdım, amma İslam Kərimovun çıxışının mahiyyəti belə idi. Ermənilərin deputat nümayəndə heyəti rüsvay oldu və MDB yaranandan sonra onun rəhbərlərinin sonrakı görüşləri zamanı hər bir əlverişli fürsətdə bunu ona xatırlatmağa çalışırdılar.
Özbəkistan rəhbərinin şərəfli xatirəsi naminə demək lazımdır ki, o özünün son günlərinə qədər erməni-Azərbaycan münaqişəsi haqqında baxışlarına sadiq qaldı və imkan daxilində onu həmişə səsləndirərək, əsl həqiqətdə kimin işğalçı olduğunu, kimin isə öz ölkəsinin bütövlüyünü müdafiə etdiyini auditoriyalarda anlamatğa çalışdı.
MDB-nin bəzi başqa üzvlərindən fərqli olaraq, o, Xocalı faciəsi barəsində də öz mövqeyini açıq bildirmiş, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı kəskin ittiham etmişdi.
Bu hərəkət həm də ona görə xüsusi hörmətə layiqdir ki, əksər liderlər kimi İslam Kərimov da ABŞ-da və Avropa Birliyi ölkələrində, eləcə də Daşkənddə və Özbəkistanın başqa şəhərlərində erməni lobbisinə istinad edə bilərdi. Amma o öz vətəndaşları olan erməniləri Sarkisyan və Köçəryanın idarə etdiyi başkəsənlərdən ayırmağı bacardı. SSRİ liderləri -Siyasi Büronun üzvlərindən adi kommunistlərə qədər hər kəs yeri oldu-olmadı prinsipiallıq və əqidə möhkəmliyi haqqında fərziyyələr irəli sürməyi xoşlayırdı. Keçmiş sovet respublikaları rəhbərlərinin SSRİ-nin faktiki olaraq dəfnini və yeni cəmiyyətin bünövrəsinin qoyulmasını rəsmiləşdirən həmin görüşündə siyasi liderin malik olduğu elə əhəmiyyətli keyfiyyətləri yalnız o - İslam Kərimov nümayiş etdirmişdi. O, əbədi olaraq qəlblərdə yaşayacaq! Allah rəhmət eləsin!
Rafael Huseynov, Rusiya Jurnalistlər İttifaqının katibi:
-Mən İslam Kərimovla dəfələrlə görüşmüşəm-Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında, "Komsomolskaya pravda", "Trud", "Tribuna" qəzetlərində işləyəndə və müxtəlif beynəlxalq konfranslarda. Bəzi söhbətlər xüsusi, məxfi xarakter daşıyırdı. Çox narahatlıq doğuran məqamlar da az deyildi.
Azərbaycanda Xalq Cəbhəsinin hakimiyyətə gəlişindən dərhal sonra onun liderləri Özbəkistanda "müxaliflərin təqibi" haqqında olduqca sərt bəyanatlar səsləndirməyə başladılar. Azərbaycan torpaqlarının işğal olunması ilə mübarizədə müttəfiqlər axtarmaq yerinə, onlar Bakıda nədənsə üzərlərinə "beynəlxalq hakim" rolunu götürməyə qərar verdilər. Bunlara onlar tərəfindən İslam Kərimovun ünvanına yalnız sərt deyil, qərəzli, düşünülmüş iddialar da əlavə olundu. Özü də səfirin birinci müavini vəzifəsində çalışdığım Azərbaycan səfirliyində, Özbəkistanın qanunlarına riayət etməyən, özünü dissident kimi göstərən özbək vətəndaşının gizlədildiyi bir vaxtda. Əlbəttə, bütün bunlar Kərimovu narahat etməyə bilməzdi və Özbəkistan KİV-ləri onun sərt reaksiyasını dərc edir, yayırdılar.
Həmin günlərdə Moskvada MDB ölkələri başçılarının növbəti görüşü keçirilirdi və Azərbaycanın yeni rəhbərliyinin nümayəndə heyəti də ilk dəfə ora gəldi. O zaman Azərbaycan parlamentinə başçılıq edən İsa Qəmbər məndən dərhal onu Özbəkistan prezidenti ilə tanış etməyimi xahiş etdi. O vaxt mən İslam Kərimovla nisbətən yaxından tanış idim və İsa Qəmbərə dərhal xəbərdarlıq etdim ki, söhbət sərt, kəskin ola bilər.
Boris Yeltsin fasilə elan edən kimi, biz Kərimova yaxınlaşdıq. İsa Qəmbər susaraq İslam Kərimovun olduqca sərt sözlərini dinlədi, Özbəkistan prezidenti onu faktiki olaraq balaca uşaq kimi tənbeh etdi. Nəhayət, üzr istənildi və dialoq baş tutdu.
Mənə Özbəkistanın birinci prezidenti İslam Kərimovu daha dramatik şəraitlərdə görmək qismət olmuşdu. Xatirimdədir ki, Əndicanda qanlı hadisələr başlayanda mənə gecəyarısı Özbəkistan səfirliyindən zəng olundu və telefonda gözləmək xahiş edildi: "Sizinlə Prezident danışacaq ".
İslam Abduqəniyeviç məni Özbəkistana gəlməyə və ölkədə baş verənləri öz gözlərimizlə görməyə dəvət edirdi.
Danışığımız qurtardıqdan sonra mən ehtiyatla soruşdum ki, bizə istintaqın nəticələri ilə tanış olmağa icazə verəcəklərmi?
"Görmək istədiyiniz hər şeyi görəcəksiniz”,-deyə o, söz verdi və sözünə əməl etdi. Rusiya KİV rəhbərlərinin qrupu bir həftə ölkədə oldu. Gözəl yaşıl şəhər olan, yeri gəlmişkən, məşhur KİA avtomobillərinin yığıldığı Əndicanda biz qiyamın dəhşətli təfərrüatlarını gördük. Bəzi üzvlərinin Əfqanıstandan göndərildiyi vəhhabi qrupu hücum edərək yerli həbsxananı ələ keçirmişdi. Öz silahdaşları ilə yanaşı, onlar cinayətkarları da azad etmişdilər.
Yollarının üstündəki hər şeyi dağıdaraq, mərkəzə doğru hərəkət edən kütlə bölgə administrasiyasının və milisin binasını dağıtmışdı. Qiyamçılarla danışıqlar aparmağa çalışan şəhər prokuroru onlar tərəfindən rəsmən parça-parça edilmişdi. Şəhərdə hakimiyyət silahlanmış qüvvənin əlinə keçmişdi. Bildiyim qədəri, İslam Kərimovu fikrindən daşındırmağa çalışmışdılar, lakin o, Əndicana gəldi və silahlı üsyanın yatırılmasına özü başçılıq etdi. Kütlə kifayət qədər sərt şəkildə dağıdıldı və hər iki tərəf qurban verildi. Bundan sonra Qərbdə Özbəkistan prezidentini başqa cür yox, "diktator" adlandırırdılar.
İslam Kərimov öz ölkəsini həqiqətən də, olduqca sərt idarə edirdi. Amma gəlin unutmayaq ki, ölkə hansı təhlükəli dairədə yerləşir və burada alovlanan istənilən münaqişə bütöv regionu tamamilə yandıra bilər.
O, öz ölkəsini müharibələrdən və vətəndaş müharibələrindən qorudu, MDB-nin ilk liderlərindən biri olaraq islam fundamentalizmi təhlükəsi barədə xəbərdarlıq etdi.
O, dövlətinin tarixinə öz ölümünə qədər daxil olmuşdu. Mənim yaddaşımda isə o, Azərbaycana xüsusi və həqiqi qardaş hissləri bəsləyən siyasətçi kimi qaldı...
Qlobal.az