İsrail İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyata başlayıb
Yanvar 19
11:17
2026
İsrail Müdafiə Ordusu ötən gecə İordan çayının qərb sahilindəki Xevron şəhərində genişmiqyaslı antiterror əməliyyatına başladığını bəyan edib.
Bu barədə "Report" "The Times of Israel"ə istinadən xəbər verir.
Məlumata görə, şəhərin Cəbəl Cohar rayonunda keçirilən reyd terrorçuların infrastrukturunu dağıtmaq, qanunsuz şəkildə saxlanılan silahları müsadirə etmək və ərazidə təhlükəsizliyi gücləndirmək məqsədi daşıyır.



