SON XƏBƏR

İsrail İranın dünya üzrə 50-dən çox terror aktının qarşısını alıb

İyul 14
05:17 2023
İsrail son illərdə bütün dünyada israillilərə qarşı İranın iştirakı ilə hazırlanmış 50-dən çox terror aktının qarşısını alıb.

Bu sözləri cümə axşamı İsrailin müdafiə naziri Yoav Qalant Azərbaycana səfəri zamanı media üçün keçirdiyi mətbuat konfransında deyib.

"Son illərdə İran bütün dünyada israillilərə və yəhudilərə qarşı misli görünməmiş miqyasda terror kampaniyası aparır. Son illərdə 50-dən çox hücuma cəhd edilib. Onların əksəriyyətinin qarşısı son anda alınıb”, - Qalant deyib.

Onun sözlərinə görə, bir çox ölkələrdə buna sıx əməkdaşlıq və İranın qlobal təhlükə olduğunun anlaşılması sayəsində nail olunub.

"Biz bu cəhdlərin qarşısını aldıq və insanların həyatını xilas etdik”, - müdafiə naziri əlavə edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook