SON XƏBƏR

İsrail orbitə yeni hərbi casus peyki buraxdı

Sentyabr 13
23:27 2016
İsrail hərbi-hava bazalarının birindən orbitə yeni hərbi casus peyki buraxıb.
 
APA-nın verdiyi xəbərə görə, bunu yerli "İkinci kanal” telekanalı bildirib.
 
Telekanal Müdafiə Nazirliyinə istinadən "Ofek-11”-in ölkədə bu tipdə indiyədək istehsal olunmuş ən təkmilləşdirilmiş peyk olduğunu qeyd edib.
 
Məlumata görə, peyk ölkənin mərkəzi hissəsində yerləşən "Palmaxim” bazasından kosmosa buraxılıb.
 
Qeyd edək ki, iki həftə əvvəl ABŞ-da kosmodromda baş vermiş partlayış nəticəsində İsrailə məxsus "Amos-6” peyki tamamilə sıradan çıxıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook