SON XƏBƏR

İsrail ordusunun itkiləri 69-a çatıb

Noyabr 22
09:56 2023
Oktyabrın 27-də quru əməliyyatı başlayandan bəri Qəzza zolağında HƏMAS-la döyüşlərdə İsrail ordusunun itkiləri 69 nəfərə çatıb.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Son 24 saat ərzində Qəzza zolağının şimalında bir İsrail hərbçisi ölüb, digəri isə ağır yaralanıb.

Qeyd edək ki, oktyabrın 7-dən bəri İsrail ordusunun ümumi itkiləri 390 nəfərə çatıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook