SON XƏBƏR

İsrail Ukraynaya zirehli təcili tibbi yardım avtomobili göndərəcək

Dekabr 03
07:59 2022
İsrail humanitar yardım çərçivəsində Ukraynaya 3 zirehli təcili tibbi yardım avtomobili göndərəcək.

"Report” xəbər verir ki, bu barədə "Jerusalem Post” nəşri məlumat yayıb.

Bildirilib ki, söhbət İsrailin "Plasan Reem” şirkətinin istehsal etdiyi zirehli "Mercedes-Benz Sprinter”dən gedir.

Qeyd edilib ki, İsrail Müdafiə Nazirliyi artıq 1 zirehli təcili tibbi yardım avtomobilini Ukrayna tərəfinə təhvil verib. İsrail Ukraynaya daha 3 təcili tibbi yardım avtomobili göndərəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook