İsrail və HƏMAS sülh planının birinci mərhələsinə dair razılaşma imzalayıb

Oktyabr 09
08:59
2025
Mən İsrail və HƏMAS-ın sülh planımızın birinci mərhələsini imzaladığını elan etməkdən böyük qürur duyuram.
"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp "TruthSocial" sosial media platformasında yazıb.
"Bu o deməkdir ki, bütün girovlar çox tezliklə azad ediləcək və İsrail güclü, davamlı və əbədi sülhə doğru ilk addımlar olaraq qoşunlarını razılaşdırılmış xəttə çəkəcək. Bütün tərəflərə ədalətli davranılacaq!. Bu, ərəb və müsəlman dünyası, İsrail, bütün ətraf xalqlar və Amerika Birləşmiş Ştatları üçün böyük gündür və biz bu tarixi və görünməmiş hadisənin baş verməsi üçün bizimlə işləyən Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirik", - deyə o bildirib.